Xəbər lenti

Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək
Ekonomiks 12:08 02.10.2023

Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR "Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq.

Qurumun mətbuat xidmətindən Valyuta.az-a verilən məlumata görə, aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” oktyabrın 3-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->