Azərbaycanda sahibkarlar, biznesmenlər, menecerlər və bizneslə maraqlanan şəxslərin faydalana biləcəyi yeni biznes klub təsis edilib.
Qaynarinfo xəbər verir ki, "Karnegi Biznes Klub"-un əsas hədəfi bizneslə məşğul olan şəxslərin davamlı şəxsi inkişafını əyləncəli və öyrədici formatda təmin etməkdir.
Klubun yaradılmasında əsas məqsəd müxtəlif məzmunda təlimlər, masterklassların təşkili, intellektual və inkişafetdirici oyunların keçirilməsi, klub üzvlərinin biznesləri arasında qarşılıqlı tanışlıq və əməkdaşlıq münasibətlərinin qurulması, investisiya və startap təşəbbüsləri, sağlam və əyləncəli istirahət proqramlarını həyata keçirməkdir.
Qeyd edək ki, klub üzvləri ilə ay ərzində 1-2 dəfə səhər yeməyi ətrafında biznes oyunlar və təlim, sağlamlıq və əyləncə məqsədli görüş keçirmək nəzərdə tutulub.
"Karnegi Biznes Klub"-un fəaliyyət proqramına "İdeyalar generatoru”, "Anti manipulyasiya”, "İnsan tipləri”, "Psixoloji satış”, "SuperYaddaş” mövzusunda təlim və masterklasslar, biznes əlaqələri ilə bağlı intellektual oyunlar daxildir. Həmçinin sağlamlıq və əyləncəni nəzərdə tutan tennis, atıcılıq, futbol, voleybol, basketbol, şahmat, atçılıq, paintball, balıq tutma, velosport, səyahət, piknik də nəzərdə tutulur
Şərhlər