"Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru inkişafına sadiq qalırıq”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O, qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında, sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılması ilə bağlı görüşü alqışlayıb.
Dövlət katibinin (Entoni Blinkenin) bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarını təşviq etməyə davam edirik”, - diplomat bildirib.//Report
Şərhlər