Müğənni Xatun Əliyeva bir müddət verilişlərə çıxmayacaq.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb:
"Məhərrəmliyə görə iyun ayı üçün tədbirlər çoxdur. Bəzi planlarım da var, onları həyata keçirəcəyəm. Yaradıcılığım üçün işlər görməliyəm".
Sənətçi 4 aylıq nəvəsi Adeldən də danışıb:
"Uşağın adını oğlum Adil qoydu. Adel onun ən sevdiyi müğənnidir. Mənim yox, onun adını seçdi. Həmişə də deyir ki, Adel kimi geyin. Allahıma şükür edirəm, kimlər arzusundadırsa, hamıya nəsib olsun".
Şərhlər