Xəbər lenti

Dünyanın Şimali Koreya bəlası: Çin və Yaponiya savaş hazırlıqlarına başlayır?
Dünya 21:30 25.11.2024

Dünyanın Şimali Koreya bəlası: Çin və Yaponiya savaş hazırlıqlarına başlayır?

"Şimali Koreyanın bu addımı Koreya yarımadasında da gərgin atmosfer yaradır ki, Pekini də əsas olaraq narahat edən budur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Şimali Joreya qoşunlarının Rusiya tətəfindən Ukrayna müharibəsinə cəlb edilməsindən Çinin narahatlıq keçirməsinə münasibət bildirərkən deyib.

"Şimali Koreyanın uzun müddətdir balistik raketləri sınaqdan keçirməsi, həm də Cənubi Koreyaya qarşı zibillə dolu şarları buraxması onu göstərir ki, bu ölkə təkcə Rusiyaya Ukrayna ilə müharibədə silahlı dəstək verməklə beynəlxalq vəziyyəti gərginləşdirmir, həm də öz regionunda Koreya Respublikası və Yaponiya ilə müharibə riskini artırır", deyə Taleh Əliyev əlavə edib.
 


Ekspert qeyd edir ki, Pekini Şimali Koreyanın gərginlik yaradan addımları fonunda Koreya yarımadasında vəziyyətin ABŞ-ın xeyrinə dəyişməsi riski daha çox narahat edir:

"Bu baxımdan, Pekinin narahatlığı başa düşüləndir. Çünki Şimali Koreya Cənubi Koreya və ya Yaponiya ilə müharibə aparacağı təqdirdə, onlar üzərində qələbə çalmaq üçün hökmən nüvə silahından istifadə etməlidir. Belə olan təqdirdə isə Cənubi Koreya və Yaponiyanın ən yaxın müttəfiqi olan ABŞ birmənalı şəkildə Tokio və Seulun yanında olacaq. Şimali Koreyanın nüvə silahından istifadəsi fonunda ABŞ-ın da ona adekvat cavab verməsi qaçılmaz olacaq. Mövcud durumda  proses Şimali Koreyanın məğlubiyyətilə nəticələnəcək və Koreya yarımadasında qüvvələr nisbəti də ABŞ-ın xeyrinə dəyişəcək. Digər tərəfdən, belə vəziyyətdə nüvə silahının iqlim problemləri yaratması səbəbindən Çinin əhalinin böyük hissəsi də dəhşətli ekoloji fəsadlarla üz-üzə qalmalı olacaq. Yəni sözügedən vəziyyət Çin üçün də təhdidlər yaradır. Bu səbəbdən Pekinin narahatlığı başa düşüləndir. Ona görə də Pekin müharibə riskinin azalması üçün Pxenyana təsir etməlidir".

Qeyd edək ki, Şimali Koreya ordusunun Rusiyanın tərəfində Ukrayna müharibəsinə cəlb edilməsi bir sıra ölkələrlə yanaşı, qonşu Çini də ciddi narahat edir. Ən azından bir sıra Çin rəsmilərinin açıqlaması belə düçünməyə əsas verir. Çünki Şimali Koreyanın müharibəyə qoşulması Cənubi Koreyanı da Pxenyana qarşı daha sərt tədbirlər görməyə vadar edir ki, belə vəziyyət isə Koreya yarımadasında onsuz da gərgin olan durumun daha da kəskinləşməsinə rəvac verə bilər. Həmin səbəbdən də Şimali Koreyanın Ukrayna müharibəsinə cəlb edilməsi Pekinin maraqlarına cavab vermir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->