Xəbər lenti

Ərinin sərvətini zibilliyə atdı:
Dünya 18:20 25.11.2024

Ərinin sərvətini zibilliyə atdı: "Mənim günahım deyildi..." 717 milyon dollarlıq "Bitcoin" etirafı

Uelsin Nyupor şəhərində yaşayan 39 yaşlı Ceyms Havelz keçmiş həyat yoldaşı Halfina Eddi-Evansın hərəkətləri səbəbindən böyük bir sərvətdən məhrum olub. 

Qaynarinfo xəbər verir ki, Halfina Eddi-Evans bugünkü dəyəri 717 milyon dollar olan "Bitcoin"lərin daxil olduğu hard diski zibilə atdığını etiraf edib.

Məlumatı "Mail Online" yayıb. Xəbərə görə, Halfina Eddi-Evans hard diski təxminən 8-9 il əvvəl Ceymsin istəyinə əsasən zibilə atıldığını bildirib. Həmin hard diskdə isə 8 min "Bitcoin" saxlanılırdı.

Ceyms Havelz "Bitcoin"ləri 2009-cu ildə əldə etdiyini və daha sonra hard diski unutduğunu iddia edib. Halfina isə hadisə ilə bağlı belə deyib: "Bəli, onu zibilə atmışam. Atmağımı o istəmişdi. Ümid edirəm ki, hard diski tapar. Onun pulunun bir qəpiyində belə gözüm yoxdur, sadəcə onun susmasını istəyirəm".

Ceyms Havelz hard diskin atıldığı zibilliyi qazdıraraq, sərvətini geri qaytarmağa çalışmaq üçün hüquqi mübarizəyə başlayıb.

"Hard disk digər lazımsız əşyalarla birlikdə qara qutunun içində idi. Ceyms "Bu zibil torbasını atmaq lazımdır" dedi. Qutunun içində nə olduğunu bilmirdim və istəmədən atdım. Əl-ayaq işlərini mənim deyil, onun etməsi lazım idi, amma yardım etmək istədim. Mənim günahım deyildi", deyə Halfina Eddi-Evans bildirib.
 

Ceymsin sərvətini tapmaq üçün məhkəməyə müraciət etməsinin ardından Halfina sükutunu pozaraq belə deyib: "Başqa heç nə istəmirəm, təki onu tapsın, çünki artıq bezmişəm".

Ceyms Havelz sərvətinə qovuşacağı təqdirdə bunun yarısını Nyupor şəhərinə ianə etməyi söz verib. O, hazırda hard diskin olduğu ehtimal edilən ərazini qazmaq üçün ciddi səylər göstərir.
 


2009-cu ildə kriptovalyuta çılğınlığının başlaması ilə 10 həftə ərzində 8 min "Bitcoin" əldə edən Ceyms o vaxt bu sərvətin dəyərini anlamadığını bildirib. Keçmiş həyat yoldaşı Halfinanın şikayətlərindən sonra isə kriptovalyuta mədənçiliyindən imtina etməyə məcbur olub.

Qısa müddət sonra Ceyms kompüterinin üzərinə təsadüfən limonad töküb. Bütün təmizləmə səylərinə baxmayaraq, kompüter əvvəlki kimi işləməyib. Kompüterin ehtiyat hissələrini satan Ceyms hard diski saxlayıb və içindəki musiqi və şəkilləri "Apple" markalı kompüterə köçürüb. Lakin "Bitcoin"lərinin şifrəsini ehtiva edən kiçik fayl "Apple" əməliyyat sistemi ilə uyğun olmadığı üçün köçürə bilməyib.

Sərt diski zibil qutusuna atan Ceyms işinə, həyat yoldaşına və iki azyaşlı oğluna fokuslanaraq sərt diski fikrindən daşındırdı.

Nyupor Şəhər Şurası Ceymsin diski axtarma tələbini dəfələrlə rədd edib. Şuranın əsas arqumenti bunun ətraf mühitə mənfi təsir göstərə biləcəyi ilə bağlıdır.

İlk məhkəmə prosesi 3 dekabrda baş tutacaq. Nyupor Şəhər Şurasının sözçüsü isə bu məsələ ilə bağlı sərt açıqlama verib: "Zibil sahəsində əməliyyat aparmaq səlahiyyəti yalnız bələdiyyəyə aiddir. Havelzin iddiası heç bir əsaslı sübuta malik deyil və bələdiyyə bu iddialara qəti şəkildə qarşı çıxır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->