Bir neçə gün öncə "Vaşaş"ın heyətində Macarıstan çempionluğunu qazanan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova növbəti uğuruna imza atıb.
Qaynarinfo Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.
Abduləzimova "Vaşaş"ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.
Səbuhi Həsənov
Şərhlər