Xəbər lenti

Kuba BRICS-ə üzv olmaq üçün müraciət etdi
Dünya 11:50 08.10.2024

Kuba BRICS-ə üzv olmaq üçün müraciət etdi

Kuba BRICS-ə sədrlik edən ölkə kimi Rusiyaya onu birliyə qəbul etmək xahişi ilə müraciət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Karlos Pereyra öz "Twitter" hesabında bildirib.

Müvafiq məktub artıq Rusiya prezidenti Vladimir Putinə göndərilib. 

Məlumatda vurğulanır ki, Rusiya BRICS-də "əsas oyunçu kimi qlobal siyasəti və Qlobal Cənub ölkələrinin ümidini birləşdirir”.

Qeyd edək ki, 2024-cü il BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Tədbirdə  birliyə üzv olan dövlətlərlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistan, Belarus, Monqolustan və Boliviya nümayəndələri də iştirak edəcək. Eyni zamanda Putinin dəvət etdiyi Serbiya prezidenti Aleksandr Vuçiç məşğul olduğunu əsas gətirərək sammitdə iştirak etməyəcək.

Bu il təşkilata üzv olmaq üçün Malayziya, Suriya, Burkina Faso və Azərbaycan artıq müraciət edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Türkiyə artıq bununla bağlı müraciət edib. Hazırda BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->