Xəbər lenti

Ölkə 20:45 10.07.2024

"İdeal Motors" hansı qaydanı pozub? - Cərimə edilir

"İdeal Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.


Qayanrinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.


Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.


İşə Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.


Xatırldaq ki, "İdeal Motors" MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hazırda "İdeal Motors” MMC "Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən "Chevrolet”, "Baic” və "Jak” avtomobillərinin satışını həyata keçirir.


Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->