Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanovun qardaşı vəfat edib.
Qaynarinfo manset.az-a istinadla xəbər verir ki, generalın qardaşı tanınmış jurnalist, dramaturq Vaqif Əlixanlı bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu haqda məlumatı general Hüseyn Əlixanov özü manset.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, Vaqif Əlixanlı media sahəsində bir sıra mühüm vəzifələrdə çalışıb. O, müxtəlif illərdə Ans tv-də, 2008-ci ildə Space tv-də baş redaktor, 2013-2021-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Qobustan” incəsənət jurnalının baş redaktoru olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər