Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Hüseynova Lalə Əlövsət qızıdır.
Onun iddiası Nərimanov Rayon Məhkəməsinin hakimi Nərgiz Tağıyevanın icraatındadır. Oktyabrın 18-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Məsələnin təfərrüatları barədə açıq mənbələrdə məlumat yoxdur.
"Şərur” MTK aparıcı tikinti şirkətlərindən biridir. Əsasən Bakıda hündürmərtəbəli yaşayış binaları inşa edir. Bu ilin iyununda MTK-nın sahibi İsfəndiyar Axundov və qardaşı oğlu Eldəniz Axundov məhkəməyə verilmişdi.
Seyid
Şərhlər