Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydası müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, yaşa görə əmək pensiyası Qanunun II fəslinə, əlilliyə görə əmək pensiyası Qanunun III fəslinə, ailə başçısını itirməyə görə əmək pensiyası isə Qanunun IV fəslinə uyğun olaraq təyin ediləcək.
Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Əmək Məcəlləsi nəzərə alınaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 15 yaşından etibarən hesablanır.
Qanunda nəzərdə tutulan hal istisna olmaqla, sosial müavinət alan şəxslərin əmək pensiyası hüququ yarandıqda, əmək pensiyası şəxsin əmək pensiyası hüququ yarandığı tarixdən hesablanmaqla Qanunun tələbləri nəzərə alınmaqla təyin edilir.
Avtomatlaşdırılmış qaydada təyin edilən əmək pensiyaları istisna olmaqla, əmək pensiyalarının təyin edilməsi bu Qaydaya 5 nömrəli Əlavəyə uyğun formada qəbul edilən qərarla rəsmiləşdirilir.
Əmək pensiyalarına əlavələr Qanuna uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavələrdən ibarətdir.
Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar nəzərə alınır.
2020-ci il yanvarın 1-dən dövlət orqanının əsasında Azərbaycan Prezidenti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verildiyi tarixə dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun əldə edilməsi üçün tələb edilən 15 il qulluq stajının toplanmasına və qanunda nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 (iki) il qalan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququ təmin edilir.
Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, Qanunda müəyyən edilmiş müddətlərə təyin edilir.
Şərhlər