Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Anım Günü münasibətilə ikinci Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
2020-ci sentyabrın 27-də başlamış Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.
Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir və şəhidlərimizin xatirəsini uca tutur.
Şərhlər