Dövlət Dəniz və Liman Agentliyinin (DDLA)Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-qərb küləyi sabah səhər saatlarına kimi davam edəcək.
Küləyin sürətinin 18-23 m/s, arabir isə 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0m. çatacağı proqnozlaşdırılır.
Şərhlər