Qlobal enerji qiymətləri artdıqca Britaniya Milli Neft və Qaz Şirkəti (BP) son 14 ildə ən yüksək rüblük mənfəətini açıqlayıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Şirkətin reallaşmamış mənfəəti aprel-iyun ayları arasında 8,5 milyard dollara yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artıb.
Bu şirkətin tarixində ilin ikinci rübündə əldə etdiyi ikinci ən böyük mənfəətdir.
Son aylarda, xüsusən də Rusiyanın Ukraynaya hücumundan sonra dünyada enerji qiymətləri artıb və Britaniyada bu qış ev təsərrüfatları üçün elektrik enerjisi və qazın illik xərcinin 4400 dollara çatacağı gözlənilir.
M.Arif
Şərhlər