Xəbər lenti

Azərbaycanda bağlanmış yeddi bankın əmlakları hərraca çıxarılır
Ölkə 19:45 08.12.2022

Azərbaycanda bağlanmış yeddi bankın əmlakları hərraca çıxarılır

Dekabrın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnika Bank” ASC-nin daşınmaz, "NBC Bank”, "AGBank”, "Atabank”, "Zamin Bank”, "Amrah Bank” ASC-lərin və "Bank Standard” QSC-nin daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət "Texnika Bank”a məxsus Quba rayonunun Aşağı Xuç kəndində yerləşən 2,4 hektarlıq torpaq sahəsindən, "NBC Bank”a məxsus 1 ədəd dəmir seyfdən, yenə də bu banka məxsus 21 ədəd kompüter avadanlığından, "AGBank”a məxsus 13 kompüter avadanlığından, "Atabank”a məxsus 20 kompüter avadanlığından, "Zamin Bank”a məxsus 17 kompüter avadanlığından, "Amrah Bank”a məxsus 45 kompüter avadanlığından və "Bank Standard”a məxsus 34 kompüter avadanlığından gedir.

Əmlaklara müvafiq olaraq 15 000 manat, 1 800 manat, 2 485 manat, 2 505 manat, 1 690 manat, 2 625 manat, 14 146 manat və 5 455 manat qiymət qoyulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->