ABŞ-ın Argentina və Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters"
yazır.
Roça iki maddə üzrə özünü təqsirli bilib. Bundan sonra ona hökm oxunub.
Prokurorluğun məlumatına görə, 73 yaşlı keçmiş diplomat 40 illik diplomatik xidməti zamanı, o cümlədən ABŞ Dövlət Departamentində işləyərkən, Kubanın hakim Kommunist Partiyasına (KKP) gizli köməklik edib.
"Reuters" yazır ki, 2022 və 2023-cü illərdə gizli işləyən və özünü Kubanın xarici kəşfiyyat xidmətinin nümayəndəsi kimi təqdim edən ABŞ FTB agenti ilə keçirdiyi bir neçə görüşdə Roça aşkarlanmamaq bacarığından danışıb.
Roça 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində çalışıb. O, 1997-2000-ci illərdə ABŞ-ın Argentinadakı səfiri vəzifəsində işləyib, bundan sonra Boliviyaya səfir təyin edilib və 2002-ci ilə qədər orada çalışıb.
Alpər
Şərhlər