"Dmitri Medvedyev miskin adamdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin Rusiyanı Kiyev hakimiyyəti tamamilə devrilməyənə qədər dayanmamağa çağırış edən fikirlərini şərh edərkən deyib.
"Nemət Pənahlı, Fərəc Quliyev, Sərdar Cəlaloğlunun bəyanatlarına fikir vermədiyim kimi, Medvedyevin açıqlamalarına da fikir vermirəm. Medvedyevi şişirtmək lazım deyil. O, miskin adamdır. Putin də onun miskin olduğunu bilirdi, ona görə də onu öz yerinə qoymuşdu ki, vaxtı gələndə hakimiyyəti yenidən özünə qaytarsın. Medvedyev də 4 ildən sonra hakimiyyəti yenidən Putinə qaytardı. Medvedyev indi də Təhlükəsizlik Şurası sədrinin müavinidir, boş-boş danışır. Fikir vermək lazım deyil. Medvedyev heç kimdir, onun dedikləri heç nəyi ifadə etmir”, deyə politoloq vurğulayıb.
Zərdüşt Əlizadə qeyd edib ki, tarixi hadisələrin gedişi Medvedevdən asılı deyil:
"Bu gedişaat Qərbin mövqeyindən asılıdr. Qərb Ukraynaya silah verəcəksə, Medvedev heç kimdir. Müharibənin taleyini Ukrayna Ordusunun peşəkarlığı həll edəcək".
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram kanalında indiki Kiyev rejimi tamamilə devrilməyənə qədər Rusiya dayanmamalı olduğunu bildirib: "İstənilən əks-hücumun qarşısı alınacaq. Ölülər dəfn olunacaq, yaralar sarılacaq. Ancaq terrorçu olan Ukrayna dövləti tamamilə darmadağın olana qədər savaş davam edəcək. Ukraynanın heç külü də qalmayacaq".
Medvedyev bildirib ki, bu, illər, hətta yüzillər tələb edə bilər, ancaq Rusiyanın başqa seçimi yoxdur.
Rüfət Sultan
Şərhlər