"Cənubi Qafqazda liderlik üçün daha təsirli tədbirlərin görülməsinə ehtiyac var".
Qaynarinfo xəbər veri ki bunu Milli Məclisin bu gün keçrilən iclasında deputat Zahid Oruc deyib.
Deputat vurğulayıb ki, Azərbaycanda orta aylıq əmək haqqı 557 dollar, Ermənistanda 710 dollar, Gürcüstanda isə 748 dollardır:
"MDB statistika qurumunun verdiyi məlumata görə 2023-cü ildə üzv ölkələrdə orta aylıq əmək haqqı Ermənistanda 824 dollar, Azərbaycanda 560 dollar olub. Biz Cənubi Qafqazda liderliyimizi qorumaq üçün daha təsirli tədbirlər görməliyik".
"Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” sənədinə əsasən, hökumətin hədəflərindən biri minimum maaşı orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaq idi. Ancaq rəsmi rəqəmlər hədəfə çatmadığımızı göstərir", deyə komitə sədri bildirib.
Qafqaz Rafiqoğlu
Şərhlər