"Bütün dünya görür ki, son 3 ildə İrəvan parlamentində Azərbaycanın Vətən müharibəsinə işğalçılıq adı verilməyib. 28 noyabrda Ermənistan prezidenti Vaan Xaçatryan və parlamentin sədri Alen Simonyan Qarabağın "hökuməti, parlamenti və yerli idarətmə orqanlarını” saxlamayacaqlarını bəyan etdilər".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
Zahid Oruc qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünə və sülh danışıqlarına sadiq qaldıqlarını söyləyən, 20 sentyabrda Xankəndində təslim olan qüvvələri hakimiyyət kimi qəbul etməyən Paşinyan hökumətinin belə davranışları təqdirəlayiqdir:
"Beləliklə, indi ən böyük absurda baxın ki, millətimiz Amerika, Fransa, Almaniya rəhbərlərindən soruşur: Siz Ermənistan prezidenti, baş naziri kimi Qarabağı Azərbaycanın tərkibində açıq mətnlə tanımağa hazırsınızmı? Xaricdə zəfərimizi tanımayan dövlət və siyasətçiləri görəndə adamın Paşinyana hörməti artır. Avropa Parlamentinin xarici siyasət komitəsinin qeyri-rəsmi layihədə dövlətimizi Qarabağa hərbi təcavüzdə günahlandırması, Amerika Senatının Xankəndi üzrə "təhqiqata başlaması”, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin ardıcıl qərarları, Roma statutu ilə hərbi-siyasi elitamıza təzyiq məhz iki mərkəzdən - Ağ Ev və Yeliseydən idarə olunur".
Qafqaz Rafiqoğlu
Şərhlər