Xəbər lenti

Yens Stoltenberq demokratik dəyərləri aşağılayıb? (ŞƏRH)
Dünya 15:56 27.09.2024

Yens Stoltenberq demokratik dəyərləri aşağılayıb? (ŞƏRH)

"Bu informasiyanın təhrif olunmuş qaydada ictimaiyyətə çatdırıldığı qənaətindəyəm".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev NATO baş katibi Yens Stoltenberqin Almaniyanın timsalında alyansa üzv ölkə sakinlərinin "axmaq qərarlar" verə biləcəyilə bağlı fikrini şərh edərkən deyib.

"NATO Avropa ölkələrinin müstəqilliyi, ərazi bütövlüyü, xalqların təhlükəsiz yaşamasını deyil, eyni zamanda, demokratiyanın qarantı olan bir təşkilatdır. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, heç bir Avropa rəsmisi demokratik dəyərləri aşağılayacaq fikir səsləndirməz. O cümlədən də, NATO-nun hazırkı baş katibi", deyə Taleh Əliyev bildirib.
 


Bu baxımdan həmsöhbətimiz deyir ki, Stoltenberq "axmaq qərarlar" dedikdə orada söhbət Avropada keçirilən demokratik seçkilərin deyil, məhz bu seçkilər nəticəsində bəzi ölkələr, o cümlədən Almaniyanın əyalət torpaqlarında hakimiyyət formalaşdıran hökumətləri tənqid etməsindən gedir: 

"Verilən açıqlamaya diqqət yetirdikdə görürük ki, orada seçkilərin nəticəsində formalaşan hakimiyyətlərin NATO, bütövlükdə Avropa ölkələrinin strateji maraqlarına sərt olan qərarları verən hökumətlər tənqid olunur. Həmin informasiyanın təhrif olunmuş formada ictimaiyyətə çatdırıldığı qənaətindəyəm”.  

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasının seminarında çıxışı zamanı alyans ölkələrində, xüsusən də Ukraynaya yardıma şübhə ilə yanaşan tərəflərin qalib gəldiyi Almaniyada seçkiləri şərh edərkən, təşkilata üzv ölkələrin sakinlərinin axmaq qərarlar qəbul etmək üçün demokratik hüquqlarının olduğunu deyib: 

"NATO-da 32 ölkə var. Bizdə hər zaman seçkilər olur. Axmaq qərarlar qəbul etmək demokratik hüquqdur", - deyə o, NATO ölkələrində keçirilən seçkilərdə qalib gələn partiyaların və ya liderlərin alyansa qarşı çıxdığı və ya ona qarşı çıxa biləcəyinə münasibət bildirərkən deyib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->