Yelo Bank fermerlər və kənd təsərrüfatı biznesi ilə məşğul olanlar üçün sərfəli şərtlərlə Aqro kredit kartı təklif edir. Bu kart kənd təsərrüfatı sahəsində çalışan hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub, gündəlik və təcili xərclər zamanı çevik və əlçatan həllər təqdim edir. Kartın əsas üstünlükləri belədir:
* 5000 AZN-ə qədər kredit limiti
* Kredit xəttinin müddəti: 24 ay
* Güzəşt müddəti: 12 ayadək
* Kredit xəttindən təkrar istifadə imkanı
* Çevik rəsmiləşdirmə prosesi
Qeyd edək ki, güzəşt müddəti kartda istifadə edilmiş hər vəsait üçün nəzərdə tutulub. Bundan əlavə, Yelo Biznes tətbiqinin sadə və rahat interfeysi xərc və gəlirləri nəzarətdə saxlamağa imkan verir. Qeyd edək ki, aqro kredit kartı pulsuzdur. Kart vasitəsilə Yelo Bank ATM və ofislərindən, həmçinin Azərpoçt ATM-lərindən nağdlaşdırma komissiyasızdır. Yelo aqro kredit kartı:
https://bit.ly/3yctDsf
Yelo Bank - Parlaq bankçılıq!
Şərhlər