Amerikalı üzgüçü Maykl Felps ESPN tərəfindən 21-ci əsrin ən yaxşı idmançısı seçilib.
Qaynarinfo xəbər verir ki, ikinci yerdə amerikalı tennisçi Serena Uilyams qərarlaşıb. İlk "üçlüy"ü argentinalı futbolçu Lionel Messi tamamlayır.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kriştiano Ronaldo 13-cü yeri tutub.
1. Maykl Felps (üzgüçülük)
2. Serena Uilyams (tennis)
3. Lionel Messi (futbol)
4. Lebron Ceyms (basketbol)
5. Tom Bredi (Amerika futbolu)
6. Rocer Federer (tennis)
7. Simona Baylz (idman gimnastikası)
8. Tayqer Vuds (qolf)
9. Useyn Bolt (Yüngül atletika)
10. Kobi Brayant (basketbol).
Maykl Felps 23 qat Olimpiya çempionudur. O, son Olimpiya medalını 2016-cı ildə Rio-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında qazanıb.
Felps 15 yaş 9 aylıq olarkən üzgüçülük üzrə dünya rekordu vuran ən gənc insan olub. Daha sonra o, 200 metr məsafəyə kəpənək üsulu ilə üzmə üzrə rekorda imza atıb.
Felps həm də 2001-2010-cu illərdə fərdi yarışlarda və estafetlərdə 50 qat ABŞ çempionudur.
Aydın
Şərhlər