Böyük Britaniyada "Monkey" adlı pişik sahibinə maraqlı bir sürpriz edib – o, evə qalib lotereya bileti gətirib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, pişiyin sahibi Megan Kristian (Megan Christian) bu hadisəni video ilə qeydə alaraq "TikTok"da paylaşıb.
Videoda "Monkey" küçədən evin pəncərəsinə doğru qaçarkən dişlərində istifadəsiz bir lotereya bileti tutduğu görünür. Megan biletdəki qoruyucu təbəqəni çıxardıqdan sonra məlum olub ki, bilet 10 funt sterlinq qazandırıb. O, bu məbləği "nəyəsə xoş bir şeyə" xərcləyəcəyini bildirib.
Megan əlavə edib ki, "Monkey" bənzər hədiyyələri tez-tez gətirir. Təxminən yarım il əvvəl pişik evə mismarlar, daha sonra isə uşaq oyuncağı gətirmişdi.
Aydın
Şərhlər