Xəbər lenti

Livan və
Dünya 10:00 19.11.2024

Livan və "Hizbullah" ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşdı

Livan və "Hizbullah" ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb. Bununla belə, məzmunla bağlı bəzi şərhlər edilib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Xüsusilə, Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil bildirib ki, bazar ertəsi Livan ABŞ-ın Livandakı səfirinə yazılı cavab göndərib və bu arada Ağ Evin xüsusi nümayəndəsi Amos Hokşteyn danışıqları davam etdirmək üçün Beyruta gedir. "Hizbullah" da öz növbəsində atəşkəslə bağlı danışıqlarda çoxdankı müttəfiqi Livan parlamentinin sədri Nəbih Berrini dəstəkləyib.

"Livan sənədlə bağlı öz şərhlərini müsbət atmosferdə təqdim edib. Təqdim etdiyimiz bütün şərhlər 1701 saylı qətnamənin bütün müddəalarla dəqiq yerinə yetirilməsini təsdiqləyir", deyə Xəlil bildirib.

"Reuters” aydınlaşdırır ki, o, 2006-cı ildə "Hizbullah" və İsrail arasında əvvəlki müharibəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini nəzərdə tutur.

Sənəddəki şərtlər "Hizbullah" ın Livan-İsrail sərhədi ilə sərhəddən təxminən 30 km şimalda axan Litani çayı arasındakı ərazidə silahlı iştirakının olmamasını tələb edir.

Xəlil deyib ki, təşəbbüsün uğuru indi İsraildən asılıdır. O əlavə edib ki, İsrail tərəfi həlli istəməsə, 100 problem yarada bilər.

İsrail uzun müddətdir ki, 1701 saylı qətnamənin heç vaxt lazımi şəkildə yerinə yetirilmədiyini iddia edərək, sərhəddə "Hizbullah" döyüşçülərinin və silahların olmasına işarə edir. Eyni zamanda Livan İsraili hərbi təyyarələr də daxil olmaqla hava məkanını pozmaqda ittiham edib.

Xəlil həmçinin Beyrut və "Hizbullah"ın nəzarətində olan cənub şəhərətrafı ərazilərin artan bombalanmasına işarə edərək, İsrailin "atəş altında” danışıqlar aparmağa çalışdığını bildirib.

"Bu, bizim mövqeyimizə təsir etməyəcək", deyə Livan parlamenti sədrinin köməkçisi bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->