Xəbər lenti

Xatirə İslam Naziləyə cavab verdi:
Maqazin 11:18 17.10.2024

Xatirə İslam Naziləyə cavab verdi: "Heç kimin başı üçün deyil..."

Müğənni Xatirə İslam şairə Nazilə Səfərlinin aylar öncə onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, Xatirə İslam ailəsi haqqında danışmağa heç kəsə icazə vermədiyini vurğulayıb:

"Heç kimin başı üçün deyil ki, mənim xoşbəxtliyim haqqında şərh versin, yaxud da mənim xoşbəxtliyimi müzakirə ertsin. Onu mən bilərəm. Çox xoşbəxtəm, həyat yoldaşım, oğlum, evim, işim və Allahın mənə verdiyi səs var. İdeal, dünya gözəli olmasam da, eybəcər də deyiləm".

Xatırladaq ki, şairə Nazilə Səfərli aylar öncə efirlərin birində Xatirə İslam haqqında danışıb: "Xatirə xaraktercə pessimist adamdır. Onu xoşbəxt etmək çətindir, anlıq xoşbəxt olanlardandır. Davamlı xoşbəxt ola bilmir. Bir dəfə sanatoriyaya gedib. Terapevt səni qarşılayır, suallar verir və sonra müalicə təyin edir. O da deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm. Depressiyadadır, bunu bu cür izah edib. Onun öz dünyası, ruh halı var".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->