Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Astar” verilişində uzun illərdir küsülü olduğu Xalq artisti Faiq Ağayevdən danışıb.
Qaynarinfo verir ki, verilişin aparıcısı Ülvira Qarayeva ad çəkmədən onlar arasında bu qalmaqalın nə vaxtsa bitib-bitməyəcəyi ilə bağlı sual ünvanlayıb.
Dadaşovanın cavabı isə son dərəcə sərt olub: "Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.
Şərhlər