Xəbər lenti

USQ-dən Priqojinə cavab: Ruslar bayraqlarını hansısa tualetin üstünə sancıblar
Dünya 19:20 03.04.2023

USQ-dən Priqojinə cavab: Ruslar bayraqlarını hansısa tualetin üstünə sancıblar

Ukrayna tərəfinin nümayəndəsi bazar ertəsi bildirib ki, rus qoşunları Donetsk vilayətində Baxmutu tutmaqdan "çox uzaqdadır". Rusiya bayrağının qaldırıldığı iddia edilən şəhər administrasiyasının binası ətrafında da döyüşlər gedir.

Qaynarinfo xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin şərq qruplaşmasının sözçüsü Serhiy Çerevatı Reuters-ə şərhində vurğulayıb ki, rus qoşunlarının bayrağını harada qaldırdığı aydın deyil. Onun sözlərinə görə, işğalçılar yalandan şəhəri tutduqlarını iddia ediblər.

"Onlar bayraqlarını hansısa tualetin üstündə qaldırıblar. Onu kim bilir hansl tərəfə bərkidib öz cındırlarını asıblar və deyiblər ki, şəhəri tutublar. Yaxşı, qoy elə düşünsünlər ki, Baxmutu ələ keçiriblər", - Çerevatı deyib.

Rusiyanın "Vaqner" muzdlular qrupunun rəhbəri Yevgeni Priqojin bazar günü axşam saatlarında bildirib ki, onun tabeliyində olanlar Baxmut administrasiyasının binası üzərində Rusiya bayrağını qaldırıblar.

Priqojin deyib ki, "hüquqi baxımdan” Baxmut Rusiya tərəfindən işğal edilib. Çerevatı isə bunu qəti şəkildə təkzib edib.

"(Baxmut) şəhər şurasının binası ətrafında döyüşlər davam edir, qanuni olaraq heç nə ələ keçirməyiblər... Baxmut ukraynanındır və onlar heç nə ələ keçirməyiblər. Bundan isə, yumşaq desək, onlar çox uzaqdadırlar", - bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qrupunun spikeri bildirib.

Yevgeni Priqojin 2023-cü il aprelin 2-də axşam saatlarında Baxmutun "qanuni" tutulduğunu elan edib. Vaqner liderinin sözlərinə görə, qətlə yetirilmiş təbliğatçı Vladlen Tatarskinin xatirəsinə şəhər administrasiyası üzərində Rusiya bayrağı qaldırılıb.

Priqojin həmçinin bildirib ki, "Vaqner”in bayrağı Rusiya bayrağının yanında yerləşdiriləcək. Muzdluların lideri Baxmutun tam ələ keçirildiyini bildirməyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəhərin qərb məhəllələrində mövqelər tutur.

Bundan əvvəl Müharibə Araşdırmaları İnstitutu Rusiyanın Baxmutdakı hücumunun sürətinin azaldığını açıqlamışdı. Səbəblər hava şəraiti və potensial yenidən qruplaşma idi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->