"Yaxşıyam. Tikiş söküldü, drenajlar götürüldü. Sabah çay içə bilərik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri çağdaş Azərbaycan pozeziyasının nəhənglərindən olan şair Salam Sarvan indiki vəziyyəti ilə bağlı sualımızı cavablandırakən deyib.
Şair indi özünü yaxşı hiss edir, bir həftə sonra başlayacağı iki aylıq kimyaterapiya prosedruna hazırlaşır.
"Bütün xərcləri Dövlət İcbari Sığorta Agentliyi qarşılayıb”, - hansısa qurumdan maddi yardım olunub-olunmamasıyla bağlı sualı cavablandırarkən Salam Sarvan deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl şair Bona Dea hospitalında ağır əməliyyatı keçirib. Əməliyyatı ümumi cərrahiyyə uzmanı Alim Əkbərov aparıb.
Bahar Rüstəmli
Şərhlər