Türkiyənin istehsal etdiyi HÜRJET qırıcı təyyarəsi bəzi özəlliklər və texnologiyalarına görə, ABŞ-ın ən modern qırıcısı "F-35"dən üstün olacaq.
Qaynarino "Star"a istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəis müavini Sərdar Dəmirəl
bildirib.
Sərdar Dəmirəl əlavə edib ki, yüngül hücum təyyarəsi 2023-cü ildə ilk uçuşunu həyata keçirəcək: "Biz artıq bu sahədə özümüz həm layihələrimizi hazırlaya, həm də həyata keçirə bilirik".
O, əlavə edib ki, təyyarənin ilk görüntüləri bu ilin sentyabr ayında nümayiş etdiriləcək və gələn ilin mart ayında ilk uçuş olacaq.
Sərdar Dəmirəl qeyd edib ki, hazırda Türkiyə öz gəmiqayırma sənayesi, plotsuz təyyarələr və raketlərin yerli istehsalına görə dünyanın azsaylı ölkələri arasındadır.
Qeyd edək ki, bundan öncə, ABŞ Türkiyə ilə "F-35" qırıcılarının istehsalı üçün əməkdaşlıq etsə də, Türkiyənin Rusiyadan "S-400" raketdənmüdafiə sistemi aldığına görə, əməkdaşlığını dayandırıb.
Beləliklə, Türkiyə Hərbi Hava Qüvvələrinin tələbatını həyata keçirmək üçün yerli qırıcı istehsal etməyə başlayıb.
Türkiyənin başqa qırıcısı FTX beşinci nəsil təyyarələr sırasındadır və sənaye miqyasında istehsalı 2027-ci ildən başlayacaq.
M.Arif
Şərhlər