Xəbər lenti

Türkiyə bankları Rusiyadan Avropaya ödənişləri bloklamağa başladı
Dünya 17:34 18.09.2024

Türkiyə bankları Rusiyadan Avropaya ödənişləri bloklamağa başladı

Türkiyədəki türk bankları Rusiya şirkətlərinin Aİ və digər ölkələrə ödənişi etməkdən kütləvi şəkildə imtina etməyə başlayıb. Hətta bütün lazımi sənədlərin təqdim edilməsi də problemi həll etmir.

Qaynarinfo xəbər verir ki, Rusiyanın "Vedomosti” nəşrinin yazdığına görə, Avropa bankları zaman-zaman Rusiya biznesləri üçün malların ödənişini türk bankları vasitəsilə qəbul etməkdən imtina etməyə başlayıblar

Eyni zamanda, mənbələrdən biri bildirib ki, Türkiyə vasitəsilə malların ödənişini həyata keçirməyə çalışarkən Bolqarıstandan olan təchizatçı "normal” ölkə vasitəsilə pul köçürməsini istəyib.

Qeyd olunur ki, Avropa bankları tərəfindən əməliyyat qaydalarının sərtləşdirilməsi səbəbindən Türkiyədəki maliyyə qurumları sentyabrın əvvəlindən tranzit ödənişlərindən imtina etməyə başlayıb. Hətta banka əlavə çatdırılma sənədlərinin verilməsi də problemi həll etmir.

FTL Advisers hüquq firmasının partnyoru İqor Kuznets bildirib ki, Türkiyədə həmişə Rusiyanın başqa ölkələrə köçürmələri ilə məşğul olan 2-3 bank olub, lakin indi hətta dollar, avro və yuanla ödəniş edərkən onlarla problemlər yaranıb.

Qeyd edək ki, bu, Türkiyə banklarının Rusiya ilə işlərini dayandırması ilk hal deyil. Bu, ilin əvvəlində ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxan bir sıra "dost” ölkələrin, o cümlədən Türkiyə banklarının Rusiya şirkətləri ilə işləməsinə məhdudiyyət qoyulduğu zaman da belə olub. 

Tezliklə əməliyyatlar tədricən bərpa olunub. Yayda Türkiyə vasitəsilə ödənişlərlə bağlı mövcud olan problemlər geri qayıdıb.

Qeyd edilir ki, rusliyalıarın Çinlə ticarəti də getdikcə çətinləşir. Yuanla birbaşa ödənişlərin dondurulması və ya gecikdirilməsi səbəbindən Asiya ölkəsi ilə ticarət əslində Rusiya ixracatçıları üçün qumara çevrilib.

Qırğızıstanın ən böyük banklarından biri olan MBank da Rusiya pul köçürmələrini dayandırıb.

Daha sonra BƏƏ bankları gözlənilmədən Çindən gələn mallar üçün  Rusiyadan ödəniş axınını əngəlləyib.

Avqustun 20-də Freedom Bank-ın Rusiya ödənişlərini dayandırdığı məlum olub. Qazaxıstanda maliyyə qurumu "Zolotaya korona” ödəniş sistemi ilə fəaliyyətini dayandırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->