Xəbər lenti

Tokayev xarici kəşfiyyat və antiterror xidmətinin rəhbərlərini işdən çıxardı
Dünya 14:27 16.09.2024

Tokayev xarici kəşfiyyat və antiterror xidmətinin rəhbərlərini işdən çıxardı

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev Milli Təhlükəsizlik Komitəsinin (MTK) antiterror xidmətinin rəhbəri Ruslan Seysembayevi və Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru Askar Amerxanovu vəzifələrindən azad edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Tokayev müvafiq sərəncam imzalayıb.

Seysembayev və Amerxanov bu vəzifələrə 2023-cü ilin aprelində təyin olunublar. Bundan başqa, onlar Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsini də itiriblər. İşdən çıxarılmaların səbəbləri açıqlanmır.

Xatırladaq ki, sentyabrın əvvəlində Qazaxıstan prezidenti xalqa müraciətində hüquq-mühafizə orqanlarına "banditizm”ə və "ekstremistlərin, o cümlədən dindarların dağıdıcı fəaliyyətinə” son qoymağı tapşırıb. O qeyd edib ki, hüquq-mühafizə və dövlət orqanları "vətəndaşların hərtərəfli təhlükəsizliyini təmin etməlidir”, Daxili İşlər Nazirliyi isə xuliqanlıqdan tutmuş qanunsuz miqrasiyaya və ağır cinayətlərə qədər bütün hüquqpozmalara qarşı sərt tədbirlər görməyə borcludur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->