Xəbər lenti

Siyasət 20:10 15.03.2024

"Tiflis Bakının maraqlarını nəzərə almasa..." - Ekspert

"Tiflis obyektivlik nümayiş etdirərsə, Azərbaycan Ermənsitan münasibətlərinin normallaşmasına töhfə verə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev Gürcüstan baş naziri İrakli Kabaxidzenin martın 16-da Bakıya, oradan da İrəvana olacaq səfərini şərh edərkən deyib.

"Azərbaycanın Gürcüstanla müttəfiqlik münasibətləri var. Ölkələrimiz bir-neçə platformada əməkdaşlıq edir. Bakı Tiflislə nəqliyyat, loqistika və digər sahələrdə ciddi əlaqələr qurub. Nəticədə, hər iki dövlət bu əməkdaşlıqdan faydalanır. Azərbaycan regiondakı problemlərin məhz region dövlətlərinin iştirakı ilə həllində maraqlıdır", deyə Üzeyir Şəfiyev bildirib.



Ekspertin sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində Tiflisin roluna mühüm amil kimi baxır:

"Tiflis də bu mənada Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasına öz töhfəsini verməkdə maraqlıdır".

Həmsöhbətimiz qeyd edib ki, Təhlükəsizlik Şurasının üzvü Ramil Usubovun Tiflisə və ardınca Gürcüstan baş nazirinin Bakıya olacaq səfərləri iki qonşu ölkə arasındakı münasibətləri və strateji əməkdaşlığın bir qədər də dərinləşməsinə töhfə verəcək addımlar olacaq:

"Bu görüşlər həmçinin Ermənistana göndərilən silahların Tiflisdən ötürülməsindən yaranan narahatçılıqdan doğan görüşlərdir. Bir sıra ölkələrin İrəvana göndərdiyi silahlar bəzi hallarda Gürcüstan üzərindən keçməklə Ermənistana çatdırılır. Belə vəziyyət haqlı narazığılımızla qarşılanıb. Bu görüş həm də Ermənistana göndərilən silahların Tiflisdən ötürülməsindən yaranan narahatçılıqdan doğan görüşdür. Bu səfərlər yəqin ki, həmin qeyri-müəyyənliyə müəyyən qədər aydınlıq gətirəcək.

Gürcüstan belə addımlar atarkən Azərbaycanla münasibətlərinin perspektivini düşünməlidir. Gürcüstan öz ərazisindən Ermənistana silah ötürürsə, bu həmin ölkə barədə inansızlıq yarada bilər. Bu prosesin qarşısını almaq üçün hər iki dövlətin rəhbərləri arasında təmaslar qurulur. Tiflis həmçinin Zəngəzur dəhlizinin açılması ilə özünün nəqliyyat dəhlizi olaraq imkanlarının daralmasından ehtiyatlanır. Bütün hallarda Tiflis obyektivlik nümayiş etdirərsə, Azərbaycan Ermənsitan münasibətlərinin normallaşmasına töhfə verə bilər".

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana səfər edəcək. Gələn həftə isə Ermənistana səfər edəcək.
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->