Xəbər lenti

Tanınmış jurnalist Mətbuat Şurasının Etika Komissiyasına üzv seçildi (FOTO)
Ölkə 17:37 16.11.2022

Tanınmış jurnalist Mətbuat Şurasının Etika Komissiyasına üzv seçildi (FOTO)

Tanınmış telejurnalist İlhamiyə Rza Mətbuat Şuransının Etika Komissiyasına üzv seçilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib:
 
"Mətbuat Şurasının İdarə Heyətinin 15 noyabr 2022-ci il tarixdə keçirilmiş iclasında qurumun Etika Komissiyasının tərkibində İdarə Heyətinin üzvü olmayan, lakin media məkanında tanınan, ictimai çəkiyə malik, jurnalistlər tərəfindən qəbul edilən şəxslərin də təmsilçiliyi qərara alındı. Bu baxımdan telejurnalist İlhamiyyə Rzanın namizədliyi irəli sürüldü və təsdiqləndi. 

Etika Komissiyasının sədri professor Qulu Məhərrəmlidir. Komissiyada Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov, Vüsalə Mahirqızı, Rauf Arifoğlu və Alqış Musayev təmsil olunur. 

Qeyd edək ki, gələcəkdə Etika Komissiyasının tərkibinə fəal ictimaiyyət nümayəndələrinin də daxil edilməsi nəzərdə tutulur".
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->