Xəbər lenti

Süni intellektin gələn il ABŞ seçkilərini poza bilər - OpenAI-ın baş direktoru
Dünya 22:59 17.05.2023

Süni intellektin gələn il ABŞ seçkilərini poza bilər - OpenAI-ın baş direktoru

OpenAI-ın baş direktoru Sem Altman etiraf edir ki, onun "ən böyük narahatlıqlarından" biri süni intellektin gələn il ABŞ seçkilərinə təsir etmək potensialıdır.
 
Qaynarinfo Financial Times-a istinadən xəbər verir ki, o, bu barədə çərşənbə axşamı ABŞ Senatının Texnologiyalar üzrə alt komitəsində dinləmələr zamanı bildirib

Altmanın özü hesab edir ki, süni intellektin tənzimlənməsi "böyük ideyadır”.

Senatorların süni intellektin gələcək seçkilərlə bağlı ictimai rəyi proqnozlaşdırmaq və ona təsir etmək qabiliyyəti ilə bağlı sualına Altman cavab verib ki, texnologiya istifadəçi sorğularına cavab olaraq "bir növ interaktiv dezinformasiya"nı manipulyasiya etmək, inandırmaq və təmin etmək qabiliyyətinə malik olduğundan "bu, əhəmiyyətli bir narahatlıq sahəsidir".

Məşhur ChatGPT chatbotunu hazırlayan şirkətin rəhbəri bildirib ki, effektiv qaydaların yaradılması üçün sənaye və qanunvericilər arasında əməkdaşlıq lazımdır. Onun sözlərinə görə, texnologiyadan istifadə yanlış istiqamətdə getsə, bunun ciddi nəticələri ola bilər və şirkət "bunun baş verməməsi üçün hökumətlə işləməyə çalışır”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->