Xəbər lenti

Stadionda ciddi dava riski: İngilis ulduzun arvadı və məşuqəsi bir matçda
Dünya 14:20 03.07.2024

Stadionda ciddi dava riski: İngilis ulduzun arvadı və məşuqəsi bir matçda

İngiltərə yığması Slovakiyaya böyük çətinliklə qalib gələrək (2:1) Avropa çempionatının 1/4 finalına yüksəlib.

Qaynarinfo Polşanın "O2” nəşrinə istinadən xəbər verir ki, Kayl Uokerin keçmiş və indiki sevgililəri "Dumanlı albion” təmsilçilərini dəstəkləmək üçün Avro 2024-ə gəliblər.

Kaylın məşuqəsi olan Lorin Qudmanın futbolçudan iki övladı var. O, İngiltərənin Danimarka ilə oyununda iştirak edib. Onun yanında oğlu Kayro da olub.
Lakin ən maraqlısı odur ki, Uokerin 4 övladı olan həyat yoldaşı Enni Kilner də matçı izləyənlərdən olub.

Qeyd edək ki, Enni və Lorin bir-birlərinə nifrət edirlər. Kayl Qudmanla Enniyə xəyanət edib və futbolçunun arvadı bundan xəbər tutan kimi ərini evdən qovub. Dördüncü övladı dünyaya gələndə cütlük yenidən bir araya gəlib.

Uolker Frankfurt stadionunda ciddi dava riski olduğundan, Enni ilə görüşmədiyinə əmin olmaq üçün təhlükəsizlik işçilərinə Lorini izləməyi əmr edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->