Slovakiya polisi 71 yaşlı Levitsa sakini Yuray Tsintulanı ölkənin baş naziri Robert Fikonun həyatına qəsddə ittiham edib. Təqsirləndirlən şəxsi 25 ildən ömürlük həbsə kimi cəza gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə TAZ telekanalı məlumat
yayıb.
Hücum edən şəxs qəsdən intiqam almaq məqsədilə adam öldürməyə cəhddə ittiham olunur. TAZ xəbər verir ki, hücum edən şəxs hazırda Milli Cinayət Agentliyinin Nitra şəhərindəki polis kamerasındadır.
"TV Markiza” telekanalı bildirib ki, dünən, mayın 15-də axşam saatlarında polis Yuray Tsintulanın baş nazirə sui-qəsd cəhdi zamanı hadisə yerinə gələn avtomobilində axtarış aparıb. Onun yaşadığı yaşayış binasının yaxınlığında polislər növbətçilik aparıb. "TV Noviny” telekanalı xəbər verir ki, aprel ayında Yuray Tsintula Slovakiya hökumətinin iclasının keçirdiyi yerə yaxın mitinqə gəlib.
Xatırladaq ki, Robert Fikoya qarşı sui-qəsd dünən, mayın 15-də Slovakiyanın Handlov şəhərində baş verib. Fikoya hökumətin iclasının keçirildiyi Mədəniyyət Evinin qarşısındakı küçədə bir neçə dəfə atəş açılıb. Hücum edən şəxs sui-qəsd cəhdini siyasi motivlərlə izah edib. Robert Fikonun partiyası siyasətçinin "həyatı üçün təhlükəli" vəziyyətdə olduğunu bildirib. Bu gün, mayın 16-da partiyanın mətbuat xidməti yazıb ki, həkimlər baş nazirin vəziyyətini stabilləşdirə biliblər, lakin durumu ağır olaraq qalır.
Nizami Bağırov
Şərhlər