Sinqapurun baş naziri Li Syan Lun mayın 15-də vəzifəsini tərk edəcəyini açıqlayıb. 72 yaşlı siyasətçinin baş nazir kimi varisi 51 yaşlı Lourens Vonq Sün Tsay olacaq.
Qaynarinfo xəbər verir ki, baş nazirin saytındakı rəsmi açıqlamaya görə, hazırda baş nazirin müavini və Maliyyə Nazirliyinə rəhbərlik edən Lourens Vonq eyni gün, yəni mayın 15-də yeni vəzifəsinin icrasına
başlayacaq.
Li Syan Lun Loong getməsinin konkret səbəblərini açıqlamayıb. O, yalnız qeyd edib ki, "Lourens və komanda, xüsusən də pandemiya zamanı insanların etimadını qazanmaq üçün çox çalışıblar". Hazırkı Baş nazirin sözlərinə görə, Vonq hakim Xalq fəaliyyəti partiyasından olan parlament üzvlərinin yekdil dəstəyinə malikdir.
Sinqapurun ilk baş naziri Li Kuan Yunun böyük oğlu Li Syan Lun 2004-cü ilin avqustunda hökumətin başına keçib. Hökumət dəyişikliyindən bir neçə ay sonra Sinqapurda seçkilərin keçiriləcəyi gözlənilir.
Nizami Bağırov
Şərhlər