"Dmitri Medvedyevin başı normal işləmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin ABŞ-ı növbəti təhdid etməsini şərh edərkən deyib.
"Medvedyevin sözlərinə fikir vermək lazım deyil. Bu adam bütün günü sərxoş olur. Bir dövlətin Təhlükəsizlik Şurasında sədr müavini olan şəxs ABŞ kimi əlində nəhəng vasitələri olan dövləti terrorla təhdid edirsə, deməli, bu adamın başı normal işləmir. Ona görə də bu tip insanların fikirlərinə şərh vermək belə gülüncdür. Heç bir ölkə ABŞ-a qarşı belə addımlar ata bilməz”, deyə partiya sədri bildirib.
Sərdar Cəlaloğlu bildirib ki, Medvedyevin dedikləri boş söhbətdir:
”Sadəcə olaraq, bu tip açıqlamalarla Medvedyev ABŞ-ın Ukraynaya ciddi dəstək verməsi və Ermənistanla birgə hərbi təlimlər keçirməsinə özünəməxsus reaksiya verir”.
Qeyd edək ki, bu gün ABŞ-da 2001-ci ilin baş verən terror hadisəsinin 22-ci ildönümüdür. Bu hadisə ilə bağlı olaraq, Rusiya Təhlükəsizlik Şurası sədrinin katibi Dmitri Medvedyev anoloji terror hadisəsinin təkrarlana biləcəyilə bağlı ABŞ-a xəbərdarlıq edib. Medvedyev yeni hücumu atom və ya bioloji komponentlə həyata keçirilə biləcəyini də istisna etməyib. Onun fikrincə, Qərbdə, xüsusən də ABŞ-da dünya nizamı ilə bağlı hökm sürən fikirlər yeni faciəyə səbəb ola bilər.
Rüfət Sultan
Şərhlər