Xəbər lenti

SEPAH generalı ABŞ-ı Aralıq dənizini bloklamaqla hədələdi
Dünya 21:56 23.12.2023

SEPAH generalı ABŞ-ı Aralıq dənizini bloklamaqla hədələdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) generalı Məhəmməd Rza Nəqdi İsrailin Qəzza zolağında hərəkətlərini dayandırmaq istəmədiyinə görə ABŞ-ı Aralıq dənizinin blokadası ilə hədələyib. 

Qaynarinfo bu barədə "Aftab News"a istinadən xəbər verir.

"Dünən Fars körfəzi və Hörmüz boğazı onlar üçün kabusa çevrildi və bu gün Bab əl-Məndəb boğazı və Qırmızı dəniz onları tələyə salıb. Bu cinayətlərin davamı ilə onlar tezliklə Aralıq dənizinin bloklanmasını gözləməli olacaqlar", deyə İran generalı bildirib.

Naqdinin sözlərinə görə, gələcəkdə ABŞ və müttəfiqləri "yeni müqavimət qüvvələrinin meydana çıxmasını və onlar üçün digər yolların və marşrutların, o cümlədən Cəbəllütariq boğazının bağlanmasını" görə bilərlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->