Uels şahzadəsi Keyt Middleton xərçəng xəstəliyinin müalicəsini davam etdirir və kimyaterapiya alır.
Qaynarinfo "Marca”ya istinadən yazır ki, kral ailəsinə yaxın mənbə Middletonun müalicəni çətin keçirdiyin
i bildirib.
Bir mənbəyə görə, onun üçün əsas dəstək əri şahzadə Uilyamdır.
"Keyt və Uilyam saray divarları arasında cəhənnəm yaşayırlar. Xəstəliyi üç övladından gizlətmək üçün əllərindən gələni edirlər. Ancaq şahzadə Corcdan xəbəri gizlətmək çətinləşir, çünki xəstəlik Keyti məhv etməyə başlayır”, deyə mənbə bildirib.
Middletonun kimyaterapiyaya başladığı, ürəkbulanma və qusma, saç tökülməsi, yorğunluq və leykositlərin sayının azalması səbəbindən infeksiya riskinin artması kimi ciddi yan təsirlər yaşadığı qeyd edilir.
"Uilyam Keytə dəstək olmağa çalışır. O, eyni zamanda uşaqlara qulluq edir və rəsmi vəzifələri yerinə yetirir. Bu, hər ikisi üçün çətin dövrdür. Uilyam səfərlərin sayını azaltmağa və daha çox uzaqdan tədbirlər keçirməyə çalışır, çünki indi Keyt və uşaqlar birinci yerdədirlər", deyə mənbə əlavə edir.
Xatırladaq ki, 2024-cü il yanvarın ortalarında Keyt Middleton qarın boşluğundan əməliyyat keçirib. Daha sonra ona xərçəng diaqnozu qoyulub. Bu, həm şahzadə, həm də bütün ailə üçün şok olub.
Keyt Middletondan başqa, həkimlər kral Çarlza, eləcə də şahzadə Endrünün keçmiş arvadı, şahzadə Beatrisin və şahzadə Yevgeniyanın anası York hersoginyası Sara Ferqyusona xərçəngi diaqnozu qoyublar.
Nizami Bağırov
Şərhlər