Cümə günü, iyulun 26-da Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1,5 milyard avroluq birinci tranşın ayrıldığını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen X-də
yazıb.
"Aİ Ukraynanı dəstəkləyir. Bu gün biz dondurulmuş Rusiya aktivlərindən əldə edilən 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük. Kremlin pulunun Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha yaxşı bir simvol və ya istifadəsi yoxdur”, - Avropa rəsmisi bildirib.
Xatırladaq ki, Ukraynanın Qərb müttəfiqləri aylardır ki, Rusiya Mərkəzi bankının dondurulmuş 280 milyard dollarlıq aktivlərindən əldə edilən mənfəətdən necə istifadə ediləcəyini müzakirə edirlər. Bloomberg yazır ki, aktivlərdən əldə edilən gəlirlər ildə 3-5 milyard avro arasında qiymətləndirilir.
Qışda Aİ ölkələri kupon ödənişləri şəklində və Rusiya Bankının valyuta ehtiyatlarını təşkil edən istiqrazların geri alınması nəticəsində yığılan gəlirləri ildə iki dəfə Ukraynaya köçürməyə razılaşıblar. Gəlirlər yenidən investisiya edilir, bu da əlavə mənfəət əldə etməyə imkan verir.
Nizami Bağırov
Şərhlər