"Bu bəyanat ABŞ Konqresinin Ukraynaya 60 milyard dollarlıq yardımına verilən reaksiyadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya XİN rəhbəri Lavrovun Ukrayna məsələsində Qərblə razılığa gəlmək variantlarının olmadığı barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
T.Əliyev bildirib ki, Lavrovun açıqlaması seçkidən sonra Rusiyanın hər hansı bir irimiqyaslı hərbi əməliyyatlara başlayacağının anonsunu deyil, özünün də qeyd etdiyi kimi daha çox yerdəki reallıqları əks etdirir.
"Uzun müddət idi ki, ABŞ Konqresi tərəfindən Ukraynaya ayrılmalı olan 60 milyard dollarlıq yardım məsələsi öz həllini tapmayaraq yubanırdı. Amma nəhayət ki, ABŞ Konqresi Ukraynaya yardım paketinə müsbət cavab verdi. Bu yardımlar əsasən Ukraynanın hərbi arsenalının müasirləşdirilməsinə, müqavimət gücünün artırılmasına yönələcək. ABŞ və Aİ Ukraynaya edilən bu dəstəyi Avropanın təhlükəsizliyinə sərmayə kimi qiymətləndirirlər. ABŞ-ın bu maliyyə yardımının ardınca Ukrayna Prezidenti Zelenski bəyan etdi ki, ölkəsinin hədəfi 1991-ci il sərhədlərini tam bərpa etməkdir”,- deyə T.Əliyev vurğulayıb.
Ekspert bildirib ki, Lavrovun həmin açıqlaması həm də Rusiyanın müharibəni davam etdirmək niyyətində olduğunun göstəricisidir.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında deyib ki, Rusiya Ukraynadakı münaqişənin "yerdəki reallıqları” nəzərə alaraq diplomatik yolla həllinə hazırdır. Lakin Qərbin hazırkı mövqeyinə görə Ukrayna məsələsində razılığa gəlmək variantları yoxdur. "Bizə müharibə elan edənlərdən ciddi təkliflər olmasa və onların nə bizim maraqlarımızı, nə də yerdəki reallıqları nəzərə almaq istəmədikləri halda, hələ ki, danışıqlar masası arxasında danışmaq mümkün olmayacaq. Belə variantlar görünmür”, - deyə Lavrov Dövlət Dumasında "hökumət saatı”nda bildirib.
Rüfət Sultan
Şərhlər