Rusiya Xarici İşlər Nazirliyi bu gün, iyunun 3-də Rumıniyanın Moskvadakı səfiri Kristian İstratenin çağırıldığını bildirib. Ona Rumıniya səfirliyinin əməkdaşını persona non-qrata elan edən nota verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat
yayıb.
"Bu tədbir Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını persona non-qrata elan etmək üçün Rumıniya tərəfinin əvvəllər qəbul etdiyi əsassız qərara cavabdır”, - XİN-in bəyanatında deyilir.
Xatırladaq ki, mayın sonunda Buxarest rusiyalı diplomatı persona non-qrata elan edib. Səbəb kimi "Vyana Konvensiyasının müddəalarına zidd” fəaliyyət göstərilib. Yerli KİV-in məlumatına görə, qərar Rusiyanın xeyrinə vətənə xəyanətdə ittiham olunan Rumıniya vətəndaşının həbsi ilə bağlıdır.
Nizami Bağırov
Şərhlər