Xəbər lenti

Rusiya ilə əməkdaşlığa görə Hindistan bankları ABŞ-ın maliyyə sisteminə çıxışını itirə bilər
Dünya 18:22 29.07.2024

Rusiya ilə əməkdaşlığa görə Hindistan bankları ABŞ-ın maliyyə sisteminə çıxışını itirə bilər

Rusiya hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən Hindistan bankları ABŞ-ın maliyyə sisteminə çıxışını itirmək riski ilə üzləşirlər.

Qaynarinfo "The Economic Times” nəşrinə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq məktubu bu yaxınlarda ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo göndərib.

Məktubda deyilir: "Biz bilirik ki, Rusiya ordusu dəzgahlar və mikroelektronika kimi həssas malların idxalına arxalanır və onlar bu əməliyyatları asanlaşdırmaq üçün xarici maliyyə institutlarına güvənirlər”.

Sənəddə amerikalı tərəfdaşların Rusiyanı müharibə aparmaq üçün maddi və maliyyə alətlərindən məhrum etmək üçün necə hərəkət etmələri barədə ümumi təlimatlar var.

Adeyemo Hindistan Banklar Assosiasiyasından 30 gün ərzində Hindistan bizneslərini ABŞ-ın mümkün sanksiyaları barədə məlumatlandırmağı xahiş edib.
Məktubda bildirilir ki, xəbərdarlıq prezident Co Baydenin 2023-cü ilin dekabrında imzaladığı sərəncama əsaslanır və bu, sanksiyalara məruz qalan Rusiya şirkətlərinin və Rusiya hərbi-sənaye kompleksinin maraqları naminə ödənişlərin həyata keçirilməsinə görə xarici banklara qarşı sanksiyaların tətbiqinə imkan verir.

Xatırladaq ki, Rusiyada beynəlxalq ödənişlərlə bağlı problemlər 2023-cü ilin sonunda ABŞ prezidenti Co Bayden ABŞ Maliyyə Nazirliyinə sanksiyalara məruz qalmış Rusiya şirkətləri ilə işləməyə və Rusiya hərbi-sənaye kompleksinə yardıma görə kredit təşkilatlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə icazə verdikdən sonra başlayıb.

Bundan sonra Türkiyə, BƏƏ və Çin bankları Rusiya Federasiyasından ödənişləri qəbul etməkdən imtina etməyə başlayıb. İyun ayında ABŞ bu mexanizmi genişləndirərək Rusiyanın hərbi-sənaye bazasının tərifinə Rusiya sanksiyasına məruz qalan bütün qurumları, o cümlədən bankları da əhatə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->