Xəbər lenti

Ölkə 11:48 20.08.2024

"Rusiya-Azərbaycan universitetinin açılması təhsil üçün bir işıqdır" - Ekspert

"Bu universitetin Azərbaycan təhsil sisteminə nə verəcəyini demək çətindir. Azərbaycanda istəlinən universitetin yaradılması səmada bir lapmanın yanmasıdır. Təhsil üçün işıqdır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Sahlar Əsgərov Rusiya-Azərbaycan universitetlərinin yaradılması ilə bağlı təklifə münasibət bildirərkən deyib.

"Maliyyə məsələsi necə olacaq? Yəni hər iki dövlətin üzərində qalacaq, yoxsa Azərbaycan və ya Rusiya tərəfi ödəyəcək, fərqi yoxdur, həmin universitetdə oxuyanların əksəriyyətində bizim uşaqlar olacaq". 
 


Şahlar Əsgərov Rusiyada təhsil alan soydaşlarımızın sayının çox olduğunu bildirib: 

"Rusiyanın da dərin elmi olub. Elmə, təhsilə fikir verən bir dövlət olub. Ona görə də bu universitetin yaranmasının Azərbaycana heç bir qorxusu yoxdur. Bunu mən alqışlayıram".
 
Qeyd edək ki, Bakıda Rusiya-Azərbaycan universiteti yaradıla bilər. Bu barədə Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->