Xəbər lenti

Ronaldonun püşkatma mərasiminə 6,6 milyon avroluq zinət əşyaları taxıb (FOTO)
İdman 18:20 31.08.2024

Ronaldonun püşkatma mərasiminə 6,6 milyon avroluq zinət əşyaları taxıb (FOTO)

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo Çempionlar Liqasının püşkatma mərasiminə 6,6 milyon avrodan çox dəyəri olan zinət əşyaları taxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Oyunçunun saatı 2,2 milyon funt-sterlinq, gödəkçəsi asdığı 33 karatlıq almazdan hazırlanmış sancaq nişanı isə 3,8 milyon funt-sterlinq dəyərindədir.

Ronaldonun dəbdəbəli aksesuar kolleksiyasını isə 6500 funt-sterlinq dəyərində olan "Messika So Move Pave" sırğaları tamamlayıb.

Qed edək ki, Çempionlar Liqasının püşkatma mərasimi avqustun 29-da keçirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->