Xəbər lenti

Qüdrət Həsənquliyev yenidən namizəd olacaq (AÇIQLAMA)
Siyasət 10:38 03.06.2024

Qüdrət Həsənquliyev yenidən namizəd olacaq (AÇIQLAMA)

Qüdrət Həsənquliyev növbəti parlament seçkilərində iştirak edəcək.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib. 

O bildirib ki, sözügedən partiya bütün seçkilərdə iştirak edib:

"Biz partiya olaraq seçkilərdə iştirakın vacibliyini hər zaman önə çəkmişik. Qarşıdan gələn bələdiyyə və parlament seçkilərində də ştirak edəcəyik”. 

Qüdrət Həsənquliyevin hansı dairədən namizədliyini irəli sürəcəyinə gəlincə, Niyaməddin Orduxanlı bildirib ki, bu yalnız parlament seçkisi elan oldunduqdan sonra partiyanın ali rəhbərliyində veriləcək qərardan asılı olacaq. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->