Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.
Qaynarinfo bu barədə Qırğızıstan mətbuatına istinadən xəbər verir.
Verilən məlumata görə, müvafiq sərəncamı Prezident Sadır Japarov imzalayıb.
Diplomatik nümayəndəliyin keçmiş rəhbəri Kayrat Osmonaliyev prezidentin digər sərəncamı ilə tutduğu vəzifədən azad edilib. O, 2021-ci ilin iyununda Azərbaycana səfir təyin olunub.
Şərhlər