Xəbər lenti

Qətər ABŞ-ın təzyiqinə görə HƏMAS liderlərindən ölkəni tərk etməyi tələb etdi
Dünya 14:04 09.11.2024

Qətər ABŞ-ın təzyiqinə görə HƏMAS liderlərindən ölkəni tərk etməyi tələb etdi

Qətər hakimiyyəti ABŞ-ın təzyiqi altında Fələstin HƏMAS hərəkatının liderlərindən israilli girovların azad edilməsi məsələsini müzakirə etməkdən imtina etdikləri üçün ölkəni tərk etməyi tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən yazıb.

"Qrupun liderləri girovların azad edilməsi ilə bağlı təkrar təklifləri rədd etdikdən sonra, onlar artıq heç bir amerikalı tərəfdaşın paytaxtlarında qəbul edilməməlidir", deyə ABŞ rəsmisi bildirib.

FT yazır ki, HƏMAS siyasi rəhbərliyinin üzvləri və onların ailələri 2012-ci ildən Dohada yaşayırlar. Bu şəhər danışıqlar üçün əlverişli hesab olunurdu. Vəziyyətlə tanış olan mənbə qəzetə bildirib ki, hərəkat nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin açıq tənqidçisi olması səbəbindən Türkiyəyə köçə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->